CƏMİYYƏT


Ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində

Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində həyata keçirilir. Bu barədə AZƏRTAC-a “ASAN xidmət”in mətbuat xidmətindən məlumat veriblər. Belə ki, yanvarın 26-dan etibarən, şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən “Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti” üçün bütün “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır