ELM VƏ TƏHSİL


UNEC ilə Dövlət Gömrük Komitəsi arasında anlaşma memorandumu imzalanıb

Yanvarın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ali məktəbin və Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) birgə təşkilatçılığı ilə “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” mövzusunda elmi-praktik konfrans işə başlayıb.