RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın sosial siyasət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Ukraynanın sosial siyasət naziri Andrey Revanı qəbul edib. AZƏRTAC xəbər verir ki, Ukraynanın sosial siyasət naziri Andrey Reva Bakı şəhərinin gözəlliyinin onda dərin təəssürat yaratdığını dedi. O, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğuladı.