CƏMİYYƏT


"BakuBus"ın sürücüsü sərnişini xilas etdi

"BakuBus" MMC-yə məxsus 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü Oqtay Novruzov sərnişinin həyatını xilas edib. Hadisə dünən paytaxtın Tibilisi prospektində, "Chirag" Plazanın qarşısında qeydə alınıb. Avtobus sürücüsünün səyi nəticəsində epilepsiya keçirən gənc oğlanın həyatı xilas edilib. “BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev videonu AZƏRTAC-a təqdim edib.