CƏMİYYƏT


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda havaların kəskin dəyişməsi ilə əlaqədar yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə və piyadalara müraciət edib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır. Yol polisi bunu nəzərə alaraq, sürücüləri ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır