CƏMİYYƏT


Qubada qarın hündürlüyü 21 sm-ə çatır

Yanvarın 27-dən başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır. AZƏRTAC xəbər verir ki, qarın yağması ilə əlaqədar şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də bütün istiqamətlərdə yollar açıqdır. Şimal bölgəsində ən çox qar Quba rayonunun dağlıq ərazilərinə düşüb. Bəzi yaşayış məntəqələrində qarın hünüdürlüyü 21 sm-ə çatır. Temperatur isə mənfi 14 dərəcəyədək aşağı enib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır