CƏMİYYƏT


Yaxın gələcəkdə Azərbaycanda meyitdən orqan köçürüləcək

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin sözlərinə görə, ötən il səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmrə əsasən yaradılan Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şura hazırda meyitdən orqan transplantasiyasının aparılması üçün beyin ölümü diaqnozunun qoyulması və digər istiqamətlərdə işlərini davam etdirir.