MƏDƏNİYYƏT


Qazax rayon sakini evində toxuduğu xalçaları satmaqla gəlir əldə edir

Bu gün Qazax xalçaçılıq ənənələrini yaşadanlardan biri də rayon sakini Gülüstan Qurbanovadır. Otuz ildən çoxdur evində fərdi qaydada xalça toxuyan və bu sahəni yaşadan rayon sakini indiyə qədər saysız-hesabsız, müxtəlif növ xalça toxuduğunu deyir. Bu işdə ona həyat yoldaşı kömək edir.