CƏMİYYƏT


ETSN 8 baş ceyranı Ağ göl Milli Parkına köçürdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, T.Hüseynov 2007-ci ildə ona hədiyyə olunmuş 2 baş üç aylıq ceyran balalarına həyətyanı sahəsində qulluq edib, 10 il ərzində təbii yolla çoxalmasına nail olub. Xatırladaq ki, ETSN 2010-cu ildən Heydər Əliyev Fondu, IDEA Kampaniyası və WWF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsini həyata keçirir. Layihənin Qafqaz ərazisində tətbiqinə başlanılıb və uğurlu nəticələr əldə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır