SİYASƏT


Mixail Qusman: Mən Vətənim Azərbaycanı sonsuz məhəbbətlə sevir və onun uğurlarına sevinirəm

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, jurnalist, bakılı Mixail Qusman “Radio Svoboda”nın “Kult liçnosti” proqramının qonağı olub. O, ailəsi, Bakıda keçirdiyi uşaqlıq və gənclik illəri, sənəti və “Formula vlasti” müəllif proqramının qonağı olmuş məşhur adamlar haqqında danışıb.