SİYASƏT


Erməni diversiya qrupunun atəşlə məhv edilməsi

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun atəşlə məhv edilməsinə dair videogörüntü yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videogörüntüdə bölmələrimiz tərəfindən erməni diversiya qrupuna atəş açılması, dəstə üzvlərinin panika içində qaçmaları, ölən və yaralıların avtomobillə daşınması, eləcə də hərbi nəqliyyat vasitəsinin məhv edilməsi anı müşahidə olunur.