ELM VƏ TƏHSİL


Abituriyentlər seçdiyi ixtisas qrupu üzrə iki dəfə imtahan verəcək

I, II, III, IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edəcək. Bu da imtahanda hər-hansı səbəblə yaxşı nəticə göstərə bilməyən və ya imtahanda iştirak etməyən abituriyentlər üçün müsbət qərardır. Bunu AZƏRTAC-a müsahibəsinə DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.