CƏMİYYƏT


Şabranda avtoyuma məntəqələrindən oğurluq edən şəxslər saxlanılıb

AZƏRTAC xəbər verir ki, fevral 3-dən 4-nə keçən gecə Şabranda sahibkarlığ fəaliyyəti ilə məşğul olan Ceyhun Mütəllimovun avtoyuma məntəqəsindən 3 min 900 manat dəyərindəki avadanlıqlar oğurlanıb. Bundan üç gün sonra şabranlı digər sahibkar Hacı Quliyevin də avtoyuma məntəqəsindən oğurluq edilib. Sahibkarlara ümumilikdə 6 min 200 manat məbləğində ziyan vurulub.