CƏMİYYƏT


Məktəblilər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilir

Qubada avtomobil yollarının kənarında yerləşən tədris ocaqlarının şagirdləri yol hərəkəti qaydaları haqqında maarifləndirilirlər. AZƏRTAC xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirakı ilə növbəti təlimatlandırıcı görüşlər Quba şəhər 7 saylı və Ağbil kənd tam orta məktəblərində keçirilib.