SİYASƏT


Cocuq Mərcanlı sakinləri doğma yurd-yuvalarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam, Böyük Qayıdış Proqramının icrasına məhz Cocuq Mərcanlıdan başlanması kənd sakinləri tərəfindən hədsiz sevinclə qarşılanıb. Binəqədi rayonundakı “Platon 1” kiçik müəssisəsinin ərazisində məskunlaşan 68 yaşlı Gəray Hüseynov 24 ildir doğma yurd-yuvasından didərgin düşüb. Yaşının ahıl çağında torpaq həsrəti ilə alovlanan Cocuq Mərcanlı sakini elinə-obasına qovuşacağı günü səbirsizliklə gözləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır