RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Qətərin təhsil və ali təhsil nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd etdi.