CƏMİYYƏT


Cocuq Mərcanlıya gedən yol yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə start verilib. Hazırda həmin yolda qazma-dolma işləri, yol yatağının və yol əsasının inşası işləri həyata keçirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edəcək. Bu yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrində isə bərpa işləri aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır