CƏMİYYƏT


"Azəravtoyol" ASC-nin əməkdaşları peşə bayramını qeyd edirlər

Fevralın 21-də "Azəravtoyol" ASC-də avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən "Azəravtoyol" ASC-nin sədr müavini Əvəz Qocayev Səhmdar Cəmiyyəti işçilərini təltif etdiyinə, onlara göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.