SİYASƏT


Azərbaycan MN: Düşmənin bütün cəbhəboyu təxribat törətmək cəhdlərinin qarşısının alınması istiqamətində tədbirlər görülür

Gecə saatlarında ön xətdəki bölmələrimizi yoxlayarkən, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənin kəşfiyyat-diversiya qrupunun Talış və Gülüstan istiqamətlərində təxribat törətmək cəhdlərini müşahidə vasitələri ilə izləyib. Yerində verilən tapşırıqlar və dərhal görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur edilib.