SİYASƏT


Vaşinqtonda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib

ABŞ-ın paytaxtında Corc Vaşinqton Universitetinin “Cak Morton” kinozalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş etdirilib. Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil edilib.