SİYASƏT


Maştağa qəsəbə sakinində qanunsuz silah-sursat aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinə (RPİ) Maştağa qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum edilən Rizvan Fərzəliyevdə odlu silah-sursatın olması barədə əməliyyat məlumatı daxil olub. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərzəliyev saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı nömrəsi silinmiş “AKSU” markalı avtomat silah, 27 patron və bir patron darağı aşkarlanaraq götürülüb.