MƏDƏNİYYƏT


2016-cı ildə Azərbaycana gəlmiş əcnəbilərin sayı 12,1 faiz artıb

2016-cı ildə Azərbaycana gəlmiş əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq 2 milyon 248,8 min nəfər olub. Azərbaycana səfər etmiş şəxslərin ümumi sayında qonşu ölkələrdən gələnlərin xüsusi çəkisi daha çox olub. Belə ki, ölkəmizə səfər edənlərin 33,1 faizi Rusiya Federasiyası, 22,5 faizi Gürcüstan, 14 faizi Türkiyə, 11,1 faizi İran, 19,3 faizi isə digər ölkələrin vətəndaşları olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır