SİYASƏT


Xocalı faciəsi zamanı sağ qalmış soydaşımız ABŞ Konqresində çıxış edib

Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədilə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America) təşkilatçılığı ilə ABŞ Konqresində xüsusi tədbir keçirilib. Tədbirdə ABŞ Konqresinin əməkdaşları, diplomatik korpusun üzvləri, ölkədəki Azərbaycan və türk icmaları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.