CƏMİYYƏT


AZƏRTAC dünya informasiya məkanında mövqelərini möhkəmləndirir

Fevralın 28-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) həmkarlar ittifaqı komitəsinin hesabat-seçki yığıncağı və agentliyin yaradılmasının 97-ci ildönümünə həsr olunan tədbir keçirilib. İclasa sədrlik edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov agentliyin həmkarlar ittifaqı komitəsinin hesabat dövründə səmərəli fəaliyyət göstərdiyini, kollektivin həyatında yaxından iştirak etdiyini, əməkdaşların sosial-məişət qayğılarının həllini diqqət mərkəzində saxladığını bildirib.