SİYASƏT


Müdafiə Nazirliyi: Düşmənin manevr edən zirehli texnikası bölmələrimiz tərəfindən məhv edilib

Azərbaycan Ordusu sərəncamında olan istənilən ən müasir silahdan bütün cəbhəboyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq gücündədir. Bunu Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı “SPIKE” tipli tank əleyhinə idarə olunan raketdən istifadə olunması barədə erməni mətbuatında yer alan məlumatlara cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər.