SİYASƏT


Vaşinqtonda ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olunub

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar Vaşinqtonda ziyafət təşkil edilib. Ziyafətdən əvvəl Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş illik konfrans keçirilib.