DÜNYA


BBC-nin canlı yayımında maraqlı anlar - Uşaqlar aranı qarışdırdı

BBC-nin xəbərlər verilişində maraqlı hadisə baş verib. Canlı yayımda Cənubi Koreya prezidentinin impiçment məsələsinə ekspert kimi rəy bildirən Robert Kelli pis vəziyyətə düşüb. Birbaşa efirdə olarkən qəflətən onun uşaqları otağa daxil olublar. Ata uşaqlarını əllə kənara itələməyə çalışsa da onlar çıxmayıblar. Elə bu zaman bir qadın tələsik kabinetə girərək uşaqları dartıb otaqdan çıxarır.
Video: Sverre Nilson