CƏMİYYƏT


FHN-in helikopteri dörd balıqçını belə xilas etdi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 kilometr məsafədə balıq tutmaq məqsədilə dənizə çıxan balıqçıların qayığının çevrilməsi barədə məlumat daxil olub. Nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri dərhal hadisə yerinə cəlb edilib. Batmaq təhlükəsi ilə üzləşən dörd balıqçı xilas edilib və sahilə gətirilir.