İDMAN


"Euronews" cüdo üzrə “Böyük dəbilqə” turnirinə həsr olunmuş süjet yayımlayıb

Süjetdə qeyd olunur ki, yarışın ilk günü idmançılar 5 dəst medal uğrunda mübarizə aparıblar. Həmçinin süjetdə qeyd olunur ki, yarışda 60 kiloqram çəki dərəcəsində kişilər arasında qızıl medalı finalda özbəkistanlı Muxriddin Tilovova qalib gəlmiş yaponiyalı Toru Şişime qazanıb. Bürünc medal uğrunda mübarizədə azərbaycanlı Orxan Səfərov və bolqarıstanlı Yanislav Gerçev qalib gəliblər.