CƏMİYYƏT


Bakı Dəmir Yolu Vağzalında sərnişinlərin istirahəti üçün “Sleepbox” istifadəyə verilib

Bir çox ölkələrdə olan və sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulan “Sleepbox” artıq Bakı Dəmir Yolu Vağzalında da istifadəyə verilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyir ki, hazırda 1 ədəd olan “Sleepbox”un sayı ehtiyac olarsa artırılacaq.