MƏDƏNİYYƏT


Bakıda "TRT Avaz" telekanalının yaranmasının 8-ci ildönümü qeyd ediləcək

Bakıda "TRT Avaz" telekanalının yaranmasının 8-ci ildönümü qeyd ediləcək. TRT-nin Bakı Təmsilçiliyindən AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə martın 21-də saat 19:30-da Heydər Əliyev Mərkəzində konsert proqramı keçiriləcək. Tədbiri 26 ölkə və 15 muxtar respublika olmaqla 300 milyon tamaşaçı canlı izləyəcək. Konsert proqramında Emre Aydın, Azərin və digər sənətçilər iştirak edəcək, həm də Novruz coşqusu Bakıdan dünyaya çatdırılacaq.