RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəldi. Dövlətimizin başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşıladı.