RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri martın 15-də başa çatıb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.