SİYASƏT


Qlobal Bakı Forumu: “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?”

Beşinci Qlobal Bakı Forumu çərçivəsində keçirilən daha bir iclas “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?” mövzusuna həsr olunub. İclasda çıxış edənlər hərbi ittifaqlar haqqında danışıb, NATO-ya üzv dövlətlərin və digər beynəlxalq təşkilatların tərəfdaş ölkələrlə münasibətlərinə toxunublar. Qeyd olunub ki, dünyada hökm sürən iqtisadi-siyasi böhran ölkələrarası münasibətlərə də təsir göstərir.