MƏDƏNİYYƏT


Vaşinqtonda Novruz şənliyi keçirilib

Martın 17-də Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Novruz Bayramı münasibətilə tədbir keçirilib. Bayram tədbirində çıxış edən səfir Elin Süleymanov iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. Novruzun xalqımızın ən əziz bayramlarından olduğunu deyən səfir bu bayramın təbiətin dirçəlməsi ilə bağlı olduğunu bildirib.