MƏDƏNİYYƏT


Havana telekanalında Azərbaycanın Novruz ənənələrindən danışılıb

Azərbaycanın Kubadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, veriliş zamanı ölkəmizin zəngin təbiəti və turizm imkanlarından, xalqımızın adət-ənənələrindən geniş bəhs edilib. Bildirilib ki, dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı öz mədəni sərvəti və abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi ilə qürur duyulası tarixə malikdir.