MƏDƏNİYYƏT


ABŞ-lı blogger: Bakıda 10 dollara çay süfrəsi, dönər, qəlyan və taksi xidməti

ABŞ-lı blogger Dryu Binski Azərbaycana səfər edib. Bu barədə blogger özünün şəxsi facebook səhifəsində yazıb və Bakıdan çəkdiyi videonu paylaşıb. Azərbaycan, səyahət həvəskarı olan gənc bloggerin getdiyi 100-cü ölkə olub. Dryu Binski Azərbaycanı çox bəyəndiyini, şəhərimizdə olmaqdan məmnun olduğunu bildirir. O, səyahət etdiyi ölkələrdə 10 dollara necə istirahət etməyi göstərir. Səyahətçi paylaşdığı videoda Bakıda 10 dolları çay süfrəsi, dönər, qəlyan və taksi xidmətinə xərclədiyini göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır