DÜNYA


ABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb

ABŞ-ın Corcia ştatında kiçik biznes təyyarəsi yaşayış evinin üstünə düşüb. Təyyarədə pilotdan başqa heç kəs olmayıb. Qəza nəticəsində yerli sakinlərdən xəsarət alan olmasa da, pilot hadisə yerində dünyasını dəyişib. Qəzanın baş vermə səbəbləri araşdırılır.