CƏMİYYƏT


"BakuBus”ın sürücüsü sərnişini belə xilas etdi

Hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq Prospekti - 28 may metrostansiyası istiqamətində 8 nömrəli marşrut xəttində hərəkət edən "BakuBus”a məxsus avtobusda baş verib. "Baku Bus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, sərnişinlərdən birinin səhhəti qəflətən pisləşib və müvazinətini itirərək yerə yıxılıb. Bu zaman sürücü Zakir Həsənov avtobusu təhlükəsiz yerdə saxlayaraq halı pisləşmiş sərnişinə ilkin tibbi yardım göstərib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır