CƏMİYYƏT


Sabah ölkə ərazisində 23 dərəcə isti olacaq

Martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 13-18 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.