CƏMİYYƏT


Taksi sürücüləri IV İslamiadada qonaqları necə qarşılayacaq?

Əcnəbi qonaqların daha çox istifadə etdiyi nəqliyyat vasitəsinin taksi olduğunu nəzərə alaraq Bakının qonaqlarına təhlükəsiz, rahat və keyfiyyətli taksi xidmətinin göstərilməsi də vacib şərtlərdən biridir. Bakı Nəqliyyat Agentliyi paytaxtda taksi xidməti ilə məşğul olan şirkət rəhbərlərinə balanslarında olan nəqliyyat vasitələrini mütləq qaydada şəhərimizin müasir simasına uyğunlaşdırmağı tövsiyyə edib.