SİYASƏT


Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi qeyd edilib

Qəbulda çıxış edən Çinin Azərbaycandakı səfiri Vey Cinhua ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu deyib. Səfir bildirib ki, 2000 il əvvəl təməli qoyulmuş qədim İpək yolu xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoyub. 1992-ci il aprelin 2-də Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması hər iki ölkənin tarixində yeni vacib bir səhifə açdı.