CƏMİYYƏT


"Sovetski" ərazisində yol infrastrukturunun 70 faizi yenidən qurulub

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq yenidənqurma işləri davam etdirilir. Yol infrastrukturunun yenidən qurulması işləri 26 hektar ərazinin 3 hektarını əhatə edir. Artıq bu çərçivədə işlərin 70 faizi aparılaraq yekunlaşdırılıb.