CƏMİYYƏT


Hacıqabulda 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələri çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Hacıqabul rayonu, Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi işlərinə start verilib. “Azəravtoyol” ASC-dən verilən məlumata görə, layihə çərçivəsində hazırda sözegedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır