DÜNYA


Voronejdə ticarət mərkəzində yanğın: 5 mindən çox insan təxliyə edildi

Rusiyanın Voronej şəhərində "Qalereya Çijova" ticarət mərkəzində yanğın baş verib. 25 mərtəbədən ibarət ticarət mərkəzində baş verən yanğın Moskva vaxtı ilə saat 19:20-də söndürülüb. AZƏRTAC "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın nəticəsində 1 nəfər xəsarət alıb, 5 min 500 insan isə təxliyə edilib. Yanğının səbəbləri araşdırılır.