CƏMİYYƏT


Bakıda “Təzə bazar”da yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nəsimi rayonunda “Təzə bazar” adlanan ərazidə yanğın baş verməsi haqqında məlumat daxil olub. AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və baş verən yanğın söndürülüb.