RƏSMİ


Prezident İlham Əliyev Serbiyanın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Neboyşa Rodiç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın Ali ordenini dövlətimizin başçısına təqdim etdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır