MƏDƏNİYYƏT


“AITF 2017” turizm sərgisində 22 ölkəni təmsil edən 272 şirkət iştirak edəcək

Aprelin 6-da Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi keçiriləcək. Sayca 16-cı dəfə təşkil olunacaq bu sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya toplayacaq və regionun, həm daxili, həm də xarici turizm dinamikasını yaxından təqdim edəcək.