İDMAN


Media nümayəndələri Formula-1 Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə tanış olublar

Aprelin 5-də Formula-1 Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə tanışlıq məqsədilə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən media nümayəndələri üçün press-tur təşkil olunub. BŞH-nin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə bildirib ki, ötən il olduğu kimi, bu il də qəmbər daşları ilə örtülü bu yol asfaltlanacaq. Asfaltlanma işləri təxminən beş gün ərzində aparılacaq.