CƏMİYYƏT


Ziyad Səmədzadə: Həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın inkişafına xidmət edir

Son 2 ildə qlobal dünya miqyasında risklərin artdığı, neftin qiymətinin aşağı düşməsi şəraitində Azərbaycan iqtisadi inkişafın davamlılığını təmin etmək üçün, iri miqyaslı tədbirlər həyata keçirir. İqtisadi islahatların dərinləşməsi prosesləri fonunda Azərbaycan özünün strateji yol xəritəsini hazırlayıb və orda bütün istiqamətlər müəyyən olunub. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin fikrincə yol xəritəsi möhkəm sütunlar və baza üzərində formalaşıb.